Ölkə
“Nokia” smartfon bazarına geri dönür


Qlobal mobil telefon bazarının ən tanınmış brendlərindən olan “Nokia” smartfon istehsalını genişləndirməyə hazırlaşır.
AZERFAX.AZ xəbər verir ki, brend hazırda əsasən düyməli telefon modellərinin istehsalı və lisenziyalaşdırılması ilə məşğul olsa da, smartfon seqmentində yenidən möhkəmlənmək niyyətindədir.
Şirkətin ilkin planlarına “Android” əməliyyat sistemi ilə çalışan smartfon və planşetlərin, eləcə də digər rabitə cihazlarının istehsalı daxildir. Layihənin uğurlu nəticə verməsi halında məhsul çeşidinin daha geniş elektronika kateqoriyalarına qədər artırılması gözlənilir.



