Oman İranla Hörmüz boğazı müqaviləsindən imtina etdi

Oman İranın Hörmüz boğazından gəmilərin keçidinə görə birgə xidmət haqlarının toplanması ilə bağlı təklifindən imtina edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “The New York Post” regiondakı yüksəkrütbəli məmura istinadla məlumat yayıb.
Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampla qarşıdurmadan yayınmaq üçün Maskat boğazda təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin mühafizəsi məqsədilə könüllü ödənişlər ideyasını belə rədd edib.
Bundan əvvəl amerikalı məmur “Axios” portalına bildirmişdi ki, İran Hörmüz boğazı üzərində nəzarəti itirib və o, artıq ABŞ-ın hakimiyyəti altındadır.
Bir neçə amerikalı məmurun sözlərinə görə, Hörmüz boğazının böyük hissəsi minalardan təmizlənib, son həftələrdə isə “getdikcə daha çox tanker boğazın cənub zolağı ilə hərəkət edir”. KİV vurğulayıb ki, bu da İranın dünya enerji bazarlarına təsirini “əhəmiyyətli dərəcədə azaldır”.
Bununla yanaşı, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ hakimiyyətinin Hörmüz boğazının minalardan təmizlənməsi barədə sözlərini təbliğat yalanı adlandırıb.
Hüseyn İbadlı



