Ölkə

Ankarada iki zəlzələ qeydə alındı

Türkiyənin Ankara vilayətinin Kalecik rayonunda ard-arda iki zəlzələ baş verib.

AZERFAX.AZ xəbər verir ki, AFAD-ın məlumatına görə, ilk yeraltı təkanın maqnitudası 3,9 olub. Təxminən bir dəqiqə sonra eyni ərazidə 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələlər Çankırı və ətraf ərazilərdə də hiss edilib. İlk təkanın ocağı 11,74 kilometr dərinlikdə yerləşib.

Saat 20:11-də baş verən zəlzələlər nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button