AZERFAX TV

Vens bu məlumata son dərəcə şübhə ilə yanaşır

ABŞ-ın Vitse-prezidenti Cey Di Vens Amerika hakimiyyətinin İranda toy mərasiminə endirilən hava zərbəsi barədə məlumatı təfərrüatlı şəkildə araşdırdığını bəyan edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz bu insidentin tam araşdırılmasını həyata keçiririk”, – deyə o, baş verənlərlə bağlı məlumatları şərh edərkən Ağ Evdə keçirilən mətbuat konfransında qeyd edib.

Siyasətçi İran tərəfinin təqdim etdiyi məlumatların dürüstlüyünə şübhə ilə yanaşdığını bildirib.

“Mən bu məlumata son dərəcə şübhə ilə yanaşıram”, – deyə o əlavə edib.

Vens ABŞ-ın bu cür hallara xüsusi diqqət yetirdiyini vurğulayıb. O, Amerika hərbçilərinin mülki obyektlərə qəsdən zərbələr endirməsi ehtimalını qətiyyətlə rədd edərək, bu cür hərəkətlərin ABŞ prinsiplərinə zidd olduğunu bildirib, lakin münaqişələr zamanı “hər şeyin baş verə biləcəyini” də etiraf edib.

ABŞ-ın İranın Sirik şəhərində toyun keçirildiyi məkana endirdiyi zərbə nəticəsində ən azı 68 nəfər xəsarət alıb, beş nəfəri xilas etmək mümkün olmayıb. Xəsarət alanlar arasında çoxlu uşaqların olduğu bildirilir.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button