Ölkə
Tramp Putini G20 sammitinə dəvət edəcək?


ABŞ Prezidenti Donald Tramp Rusiyalı həmkarı Vladimir Putini G20 sammitinə dəvət edib-etməyəcəyini hələ düşünmədiyini bildirib.
AZERFAX.AZ xəbər verir ki, o, bu barədə GB News telekanalına müsahibəsində danışıb.
“Bu barədə düşünməmişəm”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti bir daha Rusiya-Ukrayna münaqişəsinin başa çatmasını istədiyini vurğulayıb. O, növbəti dəfə münaqişənin həllinə hər iki ölkə lideri arasında mövcud olan “qarşılıqlı nifrətin” mane olduğunu ehtimal edib.
G20 sammitinin dekabr ayında ABŞ-ın Mayami şəhərində keçirilməsi planlaşdırılır.



