Ölkə
İran və Oman Hörmüzlə bağlı razılaşmaq üzrədir


İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlarda razılaşmaya yaxınlaşıb.
AZERFAX.AZ xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib. O, tərəflərin yekun detalları müzakirə etdiyini ifadə edib. Məlumata görə, tərəflər qarşıdakı günlərdə boğazda müvəqqəti marşrutun müəyyənləşdirilməsi ilə bağlı razılığa gələ bilər. Bildirilir ki, Qətər rəsmiləri də gərginliyin azaldılması məqsədilə həftəsonu İranda səfərdə olublar.
Qeyd edək ki, açıqlamalardan sonra neftin qiyməti 96 dollara qədər geriləyib. Bununla yanaşı, dünya birjalarında yüksəliş müşahidə olunub.



