Ölkə

Tramp və Mask arasında Starlink danışığı

ABŞ Prezidenti Donald Tramp “SpaceX” şirkətinin baş icraçı direktoru İlon Maskla əlaqə saxlayaraq Ukrayna hərbçiləri üçün “Starlink” peyk rabitə sisteminə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını istəyib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ rəsmiləri Trampın Maskla telefon danışığı zamanı Ukraynada hərbi məqsədlər üçün istifadə olunan “Starlink” xidmətinə tətbiq edilən məhdudiyyətlərin ləğv edilməsini xahiş etdiyini bildiriblər. Məlumata əsasən, “SpaceX” rəhbəri bundan əvvəl sistemin fəaliyyətini məhdudlaşdırmışdı.

Mənbələr qeyd ediblər ki, Tramp həftənin əvvəlində müşavirləri və müttəfiqləri ilə söhbətində Ukraynada “Starlink” xidmətinin zəiflədilməsinin dayandırılmasını istədiyini ifadə edib.

WSJ-nin məlumatına görə, Tramp və Mask arasında baş tutan telefon danışığından qısa müddət sonra “Starlink”in fəaliyyəti yaxşılaşıb. Bununla belə, bəzi mənbələr sistemin bütün funksiyalarının tam bərpa olunmadığını bildiriblər.

İlon Mask və “SpaceX” şirkəti məsələ ilə bağlı şərh vermək sorğusuna hələ cavab verməyib.

Qeyd edək ki, WSJ daha əvvəl ABŞ rəsmilərinə istinadən Ukraynada “Starlink” sisteminin fəaliyyətinin son dövrlərdə zəiflədilməsinin Maskın göstərişi ilə həyata keçirildiyini yazmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button