Ölkə
Bakıda 31 yaşlı kişi küçədə öldü


Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə ölüb.
AZERFAX.AZ qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 01 radələrində baş verib.
Belə ki, Nərimanov rayonu Əliyar Əliyev küçəsi 37-nin qarşısından 30-35 yaşlı şəxsin ölməsi barədə məlumat daxil olub.
Ölən şəxsin narkotik aludəçisi olan İsmayıllı rayon sakini 1995-ci il təvəllüdlü V.Əhmədli olması müəyyənləşib.
Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.



