AZERFAX TV

“Brent” markalı neft kəskin bahalaşdı

“Brent” markalı neftin noyabr ayı üzrə fyuçerslərinin qiyməti Londonun ICE birjasında 2026-cı il mayın 21-dən etibarən ilk dəfə olaraq 108 ABŞ dolları həddini keçib.

AZERFAX.AZ xəbər verir ki, Bakı vaxtı ilə saat 22:10-da “Brent” neftinin qiyməti 6,78% bahalaşaraq bir barel üçün 108,07 dollara çatıb.

Saat 22:15-də isə artım daha da sürətlənib. Nəticədə “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 6,89% yüksələrək bir barel üçün 108,18 dollar təşkil edib.

Bununla yanaşı, WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti 7,13% artaraq bir barel üçün 102,9 dollara yüksəlib.

Related Articles

Bir cavab yazın

Back to top button