Ölkə

“Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub oldu

“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirib.

AZERFAX.AZ xəbər verir ki, İngiltərədə “Mançester Yunayted”in qonağı olan Azərbaycan çempionu 0:4 hesabı ilə məğlub olub.

“Old Trafford” stadionunda baş tutan matçda qolları Mateus Kunya (27), Brunu Fernandeş (42), Benyamin Şeşko (45) və Lisandro Martines (68) vurublar.

Qeyd edək ki, “Sabah” oktyabrın 13-də Bakıda Çexiyanın “Slaviya” kollektivini qəbul edəcək.

***

00:31

İngiltərədə “Mançester Yunayted” və “Sabah” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda dördüncü qol vurulub.

AZERFAX.AZ-ın məlumatına görə, “Old Trafford” stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi bir qədər də artırıblar – 4:0.

68-ci dəqiqədə Lisandro Martines adını tabloya yazdırıb.

00:05

İngiltərədə “Mançester Yunayted” və “Sabah” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda ikinci hissə başlayıb.

AZERFAX.AZ-ın məlumatına görə, “Old Trafford” stadionunda keçirilən matçda ev sahibləri hesabda irəlidədirlər – 3:0.

Qarşılaşmanı Fransadan olan FIFA referisi Villi Delajo idarə edir.

***

23:50

İngiltərədə “Mançester Yunayted” və “Sabah” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda ilk hissə bitib.

AZERFAX.AZ-ın məlumatına görə, “Old Trafford” stadionunda keçirilən matçda ev sahibləri hesabda irəlidədirlər – 3:0.

Qarşılaşmanı Fransadan olan FIFA referisi Villi Delajo idarə edir.

***

23:48

İngiltərədə “Mançester Yunayted” və “Sabah” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda üçüncü qol vurulub.

AZERFAX.AZ-ın məlumatına görə, “Old Trafford” stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi artırıblar – 3:0.

45-ci dəqiqədə Benyamin Şeşko qapını dəqiq nişan alıb.

***

23:46

İngiltərədə “Mançester Yunayted” və “Sabah” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda ikinci qol vurulub.

AZERFAX.AZ-ın məlumatına görə, “Old Trafford” stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi artırıblar – 2:0.

42-ci dəqiqədə Brunu Fernandeş fərqlənib.

***

23:31

İngiltərədə “Mançester Yunayted” və “Sabah” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda ilk qol vurulub.

AZERFAX.AZ-ın məlumatına görə, “Old Trafford” stadionunda keçirilən matçda ev sahibləri hesabı açıblar – 1:0.

27-ci dəqiqədə Mateus Kunya fərqlənib.

***

23:02

İngiltərədə “Mançester Yunayted” və “Sabah” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyunu başlayıb.

AZERFAX.AZ-ın məlumatına görə, matç “Old Trafford” stadionunda keçirilir.

Qarşılaşmanı Fransadan olan FIFA referisi Villi Delajo idarə edir.

Related Articles

Bir cavab yazın

Back to top button