AZERFAX TV

Bu ölkə dünya xəritəsindən silinəcək

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Litvanın Rusiya ilə hərbi qarşıdurmaya cəlb olunacağı təqdirdə dünya xəritəsindən silinə biləcəyini bildirib.

AZERFAX.AZ xəbər verir ki, Medvedyev Litvada nüvə silahının yerləşdirilməsi ehtimalına da toxunaraq Rusiyanın buna cavab verəcəyini deyib.

Onun sözlərinə görə, Litva ərazisində nüvə silahı yerləşdirilərsə və Rusiya buna cavab zərbəsi endirərsə, NATO Litvanı müdafiə etməyəcək.

Rusiya rəsmisi bununla bağlı sərt mövqeyini ifadə edərək, mümkün hərbi qarşıdurmanın Litva üçün ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button