İdman

“Səni də yandırmasın” – Sergendən Arda Gülerə xəbərdarlıq

Türkiyənin tanınmış futbol mütəxəssisi Sergen Yalçın “Real Madrid”in ulduzu Arda Gülerə diqqətçəkən xəbərdarlıq edib. Yalçın gənc futbolçuya baş məşqçi Joze Mourinyo ilə münasibətlərində ehtiyatlı olmağı və portuqaliyalı mütəxəssislə qarşıdurmadan qaçmağı tövsiyə edib.

AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Sergen Yalçın Mourinyonun “Real Madrid”də uzun müddət qalmayacağını düşünür. O, Arda Gülerə müraciət edərək, “Orada bir az yola ver, Mourinyo ilə didişmə. Onsuz da gedəcək, gedərkən səni də yandırmasın” deyə xəbərdarlıq edib.

Yalçın Mourinyonun məşqçilik fəaliyyətinin əvvəlki səviyyədə olmadığını da bildirib. Onun fikrincə, portuqaliyalı mütəxəssisin “Real Madrid”dəki günləri sayılıdır və Arda Güler bu müddətdə onunla problem yaşamamalıdır.

Arda Gülerın “Real Madrid”də az oyun vaxtı alması da son günlər müzakirə mövzusudur. Türkiyəli futbolçu La Liqada keçirdiyi 5 oyunda cəmi 227 dəqiqə meydanda olub və bu müddətdə 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Sergen Yalçının açıqlaması Arda Gülerlə Mourinyo arasındakı münasibətlərə dair müzakirələri daha da qızışdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button