Ölkə

Salahın oturduğu qaya üçün Trabzonda növbələr yarandı

“Trabzonspor”un ulduz futbolçusu Məhəmməd Salahın istirahət zamanı getdiyi yaylada çəkdirdiyi foto gözlənilməz marağa səbəb olub. Misirli futbolçunun üzərində oturaraq poza verdiyi qaya azarkeşlərin diqqət mərkəzinə düşüb.

AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, Salah Trabzondakı istirahəti zamanı Sümela Monastırını ziyarət etdikdən sonra Kurtdərə Yaylasına gedib. Burada təbiətin qoynunda vaxt keçirən futbolçu bir qayanın üzərində oturaraq foto çəkdirib və həmin görüntünü sosial media hesabında paylaşıb.

Salahın paylaşımından sonra yaylaya maraq xeyli artıb. Trabzonspor azarkeşləri futbolçunun oturduğu qayanı görmək və eyni yerdə foto çəkdirmək üçün əraziyə getməyə başlayıblar. Bəzi ziyarətçilərin eyni pozu vermək üçün növbə gözlədiyi bildirilir.

Qaya qısa müddətdə sosial şəbəkələrdə də gündəmə gəlib və bəzi azarkeşlər tərəfindən “Salah qayası” adlandırılmağa başlayıb. Hadisə Trabzonun təbii məkanlarından birinin məşhur futbolçunun paylaşımı sayəsində yeni ziyarət nöqtəsinə çevrilməsi ilə diqqət çəkib.

Related Articles

Bir cavab yazın

Back to top button