AZERFAX TV

Mbappe ilə bağlı xəbərdarlıq qulaqardına vurulub

“Real Madrid” Fransa millisində hücumçusu Kilian Mbappenin səhhətinə münasibətdən narazıdır.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “L’Équipe” qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, hücumçu milli komandaya əvvəlki zədəsi ilə eyni nahiyədə yüngül ağrı ilə gəlib. “Real Madrid” bu barədə Fransa millisini məlumatlandırıb. “Kral klubu” Mbappeyə son dərəcə diqqətlə yanaşmağı və ona istirahət verilməsini ümid edib.

Lakin o, Millətlər Liqasında Türkiyəyə qarşı oyunda (0-1) meydana çıxdı və zədə aldı. Mbappenin iki həftəlik sıradan çıxacağı bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button