Yaraşıqlı kişilərdə görün nələr çatışmır

“Mister England” gözəllik müsabiqəsinə cəmi yeddi nəfər müraciət edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
Müsabiqənin təşkilatçıları Böyük Britaniyada yaraşıqlı kişilərin kəskin çatışmazlığından şikayətləniblər. Onların sözlərinə görə, britaniyalılar qadınlardan fərqli olaraq utancaq və ləng çıxıblar, titul uğrunda mübarizə aparmağa tələsmirlər. “Miss England” müsabiqəsi üçün isə hər il mindən çox müraciət qəbul edilir.
Təşkilatçılar aşağı fəallığı qadın gözəllik müsabiqələrinin daha yaxşı reklam olunması və daha adəti hall olması ilə əlaqələndirirlər. Vəziyyəti düzəltmək cəhdi ilə onlar “Miss England”ın yarımfinalçılarına müraciət edərək dostlarını və oğlan partniyorlarını namizəd göstərmələrini xahiş ediblər.
Müsabiqənin iştirakçıları 17-dən 27 yaşınadək kişilər ola bilər. Şərtlər onların subay, özünə inamlı, idmançı, yaraşıqlı və xarizmatik olmasını tələb edir. Onların həmçinin xeyriyyəçiliklə məşğul olması alqışlanır.
“Mister England”ın finalı oktyabrın 11-də Melton-Moubraydakı Melton teatrında baş tutacaq. Milli qalib ölkəni “Mister World” beynəlxalq müsabiqəsində təmsil edəcək.
Hüseyn İbadlı



