AZERFAX TV

Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır

Bakıya ilk dəfə 1983-cü ildə “Jalgiris” komandasının gənc məşqçisi kimi gəlmişdim. Hava çox gözəl idi, lakin matç bizim üçün o qədər də uğurlu alınmamışdı və məğlub olmuşduq. Həm 1983-cü, həm də 1984-cü illərdə SSRİ Yüksək Liqasında mübarizə aparırdıq. O dövrdə həm Azərbaycanda, həm də Litvada futbol çox yüksək səviyyədə idi.

AZERFAX.AZ xəbər verir ki, bu sözləri Tofiq Bəhramov adına Respublika Stadionunun 75 illik yubileyi münasibətilə keçiriləcək “Neftçi” (Azərbaycan) və “Vilnüs” (Litva) veteranları arasındakı yoldaşlıq oyunundan əvvəl litvalı əməkdar məşqçi Algimantas Lyubinskas jurnalistlərə açıqlamasında deyib.

Şəhərin sürətli inkişafının onda xoş təəssüratlar yaradığını deyən litvalı mütəxəssis vurğulayıb: “Bakı müsbət mənada çox dəyişib, müasir və gözəl bir şəhərə çevrilib. Təəssüf ki, hazırda hər iki ölkənin futbolunda tənəzzül yaşanır və sonuncu liqada mübarizə aparırıq. Buna görə də sevinməyə səbəb yoxdur. Lakin bu cür yoldaşlıq görüşləri böyük bayramdır. Burada dostlarım var. Bakı ilə bağlı çox gözəl xatirələrim var”.

Qeyd edək ki, 1951-ci ildə stadionun təntənəli açılış mərasimində məhz bu iki komanda qarşılaşmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button