Ölkə

Həbsxanadan icazə alıb çıxdı, atasını öldürdü

Türkiyənin Aydın vilayətinin Germencik rayonunda dəhşətli qətl hadisəsi baş verib. Həbsxanada cəza çəkən və icazə ilə azadlığa çıxan 25 yaşlı Hayrettin Kuru mübahisə etdiyi atasını bıçaqlayaraq öldürüb.

AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstasyon məhəlləsində gecə saat 22:00 radələrində baş verib. Hayrettin Kuru ilə 49 yaşlı atası Mehmet Kuru arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb.

Mübahisə qısa müddətdə davaya çevrilib. Hayrettin Kuru atasına bıçaqla hücum edərək onu müxtəlif nahiyələrindən yaralayıb və hadisə yerindən qaçıb. Ağır yaralanan Mehmet Kuru qan içində yerə yıxılıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və təcili tibbi yardım əməkdaşları göndərilib. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mehmet Kurunun təxminən 10 bıçaq zərbəsi ilə öldürüldüyü bildirilib.

Hadisədən sonra polis əməkdaşları tərəfindən axtarışa verilən Hayrettin Kuru saxlanılıb. Onun cəza çəkdiyi həbsxanadan icazə ilə çıxdığı müəyyənləşdirilib.

Faktla bağlı araşdırma davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button