Ölkə
10:00-da işıq kəsiləcək – Bu ərazilərdə


Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 6-da Yasamal rayonunda yerləşən Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Bəşir Səfəroğlu, İzmir, Məhəmməd Xiyabani, Mirəli Seyidov və Nəriman Nərimanov küçələrində, Tbilisi prospektində, həmçinin Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Görüləcək işlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.



