AZERFAX TV
Vens ABŞ prezidentliyinə namizəd olacaq?

ABŞ vitse-prezidenti Cey Di Vens 2028-ci ildə dövlət başçısı seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı hələ qərar verməyib.
AZERFAX.AZ xəbər verir ki, siyasətçi bu barədə “Reuters” agentliyinə müsahibəsində bildirib.
“Xasiyyətcə işləri sonraya saxlamağa meyilli insanam. Doğrudan da, bu barədə hələ elə də çox düşünməmişəm”, — vitse-prezident deyib.
Sentyabr ayında ABŞ Prezidenti Donald Tramp Vensi 2028-ci il prezident seçkilərində dəstəkləyib-dəstəkləməyəcəyini təsdiqləməyib və bu barədə danışmaq üçün hələ tez olduğunu bildirib. Bununla belə, Ağ Evin rəhbəri vitse-prezidenti “gözəl insan” adlandırıb.
Hüseyn İbadlı



