Ölkə

“Mançester Yunayted” “Tottenhem” üzərində qələbəni əldən verdi

2026/2027 mövsümündə İngiltərə Premyer Liqasının 6-cı turu çərçivəsində “Mançester Yunayted” və “Tottenhem” komandaları arasında keçirilən oyun başa çatıb.

AZERFAX.AZ xəbər verir ki, Mançesterdəki “Old Trafford” stadionunda baş tutan qarşılaşmanın baş hakimi Stüart Atvell olub. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

73-cü dəqiqədə “Mançester Yunayted”in hücumçusu Brayan Mbeumo uzaq küncə dəqiq zərbə endirərək hesabı açıb. 78-ci dəqiqədə “Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankur “Mançester Yunayted”in müdafiəçisi Lyuk Şou ilə insidentə görə birbaşa qırmızı vərəqə alıb. 90+2-ci dəqiqədə isə “Tottenhem”in hücumçusu Dominik Solanke baş zərbəsi ilə hesabı bərabərləşdirib.

“Mançester Yunayted” 6 turdan sonra xallarının sayını 6-ya çatdıraraq APL-in turnir cədvəlində 12-ci yerdə qərarlaşıb. Üç xalı olan “Tottenhem” isə 18-ci pilləyə yüksəlib.

Related Articles

Bir cavab yazın

Back to top button