AZERFAX TV
Ər-Riyada raket hücumu: Çox sayda yaralı var

Ər-Riyad hava limanına raket zərbəsi nəticəsində azı 50 nəfər xəsarət alıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Financial Times” (FT) mənbəyə istinadla yazır.
Mənbənin sözlərinə görə, yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Xatırladaq ki, oktyabrın 10-da Ər-Riyadın beynəlxalq hava limanında partlayış baş verib. Hadisə nəticəsində insanlar xəsarət alıb, hava limanının bəzi hissələrindəki sərnişinlər təxliyə edilib.
Hüseyn İbadlı



