Ölkə

Çində 5,7 maqnitudalı zəlzələ baş verdi

Çinin Tibet Muxtar Rayonunda 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

AZERFAX.AZ xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) məlumatına görə, yeraltı təkanların episentri Tibet Muxtar Rayonunun Nakçu şəhərinin Baçın qəzasında yerləşib. Zəlzələ təxminən 10 kilometr dərinlikdə baş verib.

Zəlzələnin oktyabrın 22-də eyni ərazidə qeydə alınan 7 maqnitudalı zəlzələnin afterşoku olduğu ehtimal edilir.

Həmin zəlzələ nəticəsində qəza və ətraf yaşayış məntəqələrində dağıntılar qeydə alınıb. Hadisə zamanı 16 nəfər ölüb, 76 nəfər yaralanıb.

Related Articles

Bir cavab yazın

Back to top button