Ölkə
ABŞ İranla bağlı mühüm kəşfiyyat məlumatlarına malikdir


Amerika Birləşmiş Ştatları (ABŞ) İranla bağlı çox mühüm kəşfiyyat məlumatlarına malikdir.
AZERFAX.AZ xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, İranla bağlı iki fərqli kəşfiyyat hesabatının mövcud olduğunu bildirib: “Bunlar bir-birindən çox fərqlənən iki kəşfiyyat məlumatı toplusudur. Hər ikisi məndə var. Onların bəzilərinin məxfiliyi aradan qaldırılıb, digərləri isə hələ də məxfidir”.
Donald Tramp İranla bağlı proseslərin ABŞ üçün müsbət istiqamətdə getdiyini bildirib.



