Ölkə

ADSEA rəsmisi: Şirvan suvarma kanalında tikinti işləri mərhələli şəkildə davam etdirilir

”Şirvan suvarma kanalının yenidən qurulması və genişləndirilməsi istiqamətində tikinti işləri mərhələli şəkildə davam etdirilir. Layihə su ehtiyatlarından səmərəli istifadə, su itkilərinin azaldılması və suvarılan torpaq sahələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

AZERFAX.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi Akif Quliyev deyib.

O bildirib ki, tikinti işləri dörd mərhələdə həyata keçirilir.

“Birinci mərhələ üzrə, baş qurğu da daxil olmaqla, işlərin 83 faizi, ikinci mərhələ üzrə 56 faizi, üçüncü mərhələ üzrə 44 faizi, dördüncü mərhələ üzrə isə 60 faizi tamamlanıb. Kanalın 113 kilometrlik hissəsində betonlama işləri aparılıb, 30–34-cü kilometrlər aralığında isə torpaq qazıntısı və torpağın yayılması işləri həyata keçirilib.
Ölkənin birinci suvarma kanalı kimi Qarabağ kanalı həmişə demək səsləndirirdi. Artıq Şirvan suvarma kanalı ölkənin bütün parametr göstəricilərinə görə birinci suvarma kanalı kimi tarixə düşəcək”, – ADSEA rəsmisi vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button