Ölkə
Prospektdə qəzaya görə yaranan məhdudiyyət aradan qaldırıldı


Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yük avtomobilinin qəzaya uğraması səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə AZERFAX.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Qeyd edək ki, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdı.



