Ölkə

Melaniya Tramp Ukraynaya yardım edəcək?

ABŞ-li jurnalist Melaniya Trampla Ukraynanın Xerson vilayətində yerləşən Aleşki şəhərinə humanitar missiyanın təşkili ilə bağlı əlaqədə olduğunu bildirib.

AZERFAX.AZ xəbər verir ki, humanitar missiyanın tərkibində olan jurnalist Con Çay bu barədə açıqlama verib.

“Biz bu məsələ ilə bağlı Melaniya Trampla da əlaqədəyik, onunla ünsiyyət saxlayırıq”, – deyə jurnalist bildirib.

Qeyd edək ki, daha əvvəl Aleşki şəhərində humanitar missiyanın hərəkət marşrutlarının minalardan təmizlənməsinin başa çatdığı açıqlanıb. Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratovanın sözlərinə görə, humanitar konvoy yola düşməyə hazırdır.

Related Articles

Bir cavab yazın

Back to top button