Ölkə
İran XİN: Ən yüksək hazırlıq səviyyəsindəyik


“Silah imkanlarımızı yeniləmişik”.
AZERFAX.AZ xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
Nazir bildirib ki, İran silah imkanlarını yeniləyib, zəif tərəflərini aradan qaldırıb və yeni silahları sınaqdan keçirib. Onun sözlərinə görə, İran silahlı qüvvələri ən yüksək hazırlıq səviyyəsindədir.
Əraqçi vurğulayıb ki, müharibənin baş verməsi ilə bağlı heç bir ehtimalı istisna etmirlər və bütün ssenarilərə hazırdırlar.



