Ölkə

Cəmi 23 gün vəzifədə qaldı

5 noyabrda Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin ləğv edilməsi barədə qərar imzalanıb.

AZERFAX.AZ axar.az-a istinadən xəbər verir ki, Bəxtiyar Əsgərov Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri vəzifəsindən bu ilin 28 sentyabrında azad olunmuşdu. O, bu vəzifəni 2014-cü ildən icra edirdi.

12 oktyabrda isə onun yerinə Abbas Muxtarzadə təyin edilmişdi. Yeni təyinatdan cəmi 23 gün sonra nümayəndəlik ləğv olundu.

Abbas Muxtarzadə 26 dekabr 1989-cu ildə Bakıda anadan olub, 2007–2011-ci illərdə Azərbaycan Kooperasiya Universitetində “İnzibati idarəetmə” ixtisası üzrə ali təhsil alıb.

O, 2016-cı ildən etibarən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində baş mütəxəssis kimi fəaliyyətə başlayıb, 2019-cu ildə nümayəndəliyin Əlaqələndirmə sektorunun məsləhətçisi olub.

Related Articles

Bir cavab yazın

Back to top button