Ölkə

Türkiyədə axtarılırdı, Azərbaycanda ələ keçirildi

Türkiyədə fəaliyyət göstərən “Barış Boyun Cinayət Təşkilatı”nın rəhbərlərindən biri hesab edilən Mehmet Recep Demir Azərbaycanda saxlanılıb.

AZERFAX.AZ xəbər verir ki, onun barəsində Türkiyədə ümumilikdə 48 axtarış qərarı çıxarılıb.

Mehmet Recep Demir Azərbaycan dövlət sərhədini qanunsuz keçdiyinə görə həbs edilib.

Bundan sonra Türkiyə Baş Prokurorluğu onun Türkiyəyə ekstradisiya olunması üçün Azərbaycanın məhkəmə orqanlarına müraciət edib.

Related Articles

Bir cavab yazın

Back to top button