İdman
Azərbaycan millisi Omana ikinci dəfə qalib gəldi


Azərbaycanın U-21 millisi Omanın U-23 yığması ilə ikinci yoxlama oyununu keçirib.
AZERFAX.AZ xəbər verir ki, “Bank Respublika Arena”da təşkil olunan görüş Rəşad Eyubovun komandasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Millinin heyətində Elgün Dünyamalıyev, Əli Xəlilov, İlkin Cəfərli və Niyazi Osmanov fərqləniblər.
Qeyd edək ki, bu komanda ilə baş tutan ilk görüşdə Azərbaycan yığması 2:1 hesabı ilə qalib gəlmişdi.



