Ölkə

“Neftçi” səfərdə qalib gələrək liderliyə yüksəldi

Misli Premyer Liqasının XII turunda “Neftçi” səfərdə “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edib.

AZERFAX.AZ xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmada Bakı təmsilçisinin heyətində Qustavo Klisman (19, 74-cü dəqiqələr) dubl edib, Draqolyub Saviç (70) isə bir dəfə fərqlənib. “Araz-Naxçıvan”ın futbolçusu Rüfət Abbasov 82-ci dəqiqədə avtoqol müəllifi olub.

Bu qələbədən sonra xallarının sayını 27-yə çatdıran “Neftçi” turnir cədvəlinin vahid liderinə çevrilib. 4 xalı olan “Araz-Naxçıvan” isə sonuncu, 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “İmişli” “Zirə” ilə 2:2 hesablı heç-heçə edib. “Sabah” “Sumqayıt”ı 5:1, “Turan Tovuz” “Şamaxı”nı, “Qəbələ” isə “Şəfa”nı 2:0 hesabı ilə məğlub edib.

Related Articles

Bir cavab yazın

Back to top button