Ölkə

“LUKOIL” beynəlxalq aktivlərini 10 milyard dollara satır

Rusiyanın “LUKOIL” şirkəti beynəlxalq enerji aktivlərinin satışı ilə bağlı ABŞ milyarderi Todd Boeli ilə razılaşma əldə edib.

AZERFAX.AZ xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Vahid Ələkbərovun təsis etdiyi şirkətin aktivlərinin alınması ilə bağlı razılaşmanı Todd Boeli ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının (DFC) da yer aldığı konsorsium adından imzalayıb.

Sövdələşmənin şərtlərinə əsasən, 10 milyard dollar dəyərində “LUKOIL” qiymətli kağızlarının şirkətin beynəlxalq aktivləri ilə dəyişdirilməsi nəzərdə tutulur. Razılaşma tərəflər arasında bir ildən çox davam edən danışıqların nəticəsində əldə olunub.

Bununla belə, sövdələşmənin yekunlaşması ABŞ Maliyyə Nazirliyinin qərarından asılı olacaq. 2025-ci ilin oktyabrında “LUKOIL”a sanksiyalar tətbiq edən qurum razılaşmanı milli təhlükəsizlik maraqları baxımından qiymətləndirəcək.

Related Articles

Bir cavab yazın

Back to top button