İqtisadiyyat
“Brent” neftinin qiyməti son 4 ildə ilk dəfə 65 dollardan aşağı düşdü

Dünya bazarında neft qiymətlərinin azalması 7 %-i keçib, London Əmtəə Birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 2021-ci ilin avqustundan bəri ilk dəfə 65 ABŞ dollarından aşağı düşüb.
AZERFAX.AZ xəbər verir ki, “Brent” neftinin iyun fyuçerslərinin qiyməti bir barel üçün 64,73 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışından 5,41 ABŞ dolları (7,71 %) azdır.
Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin may fyuçerslərinin qiyməti bu vaxta qədər 5,63 ABŞ dolları (8,41 %) azalaraq bir barel üçün 61,32 ABŞ dolları olub.
Hər iki müqavilə həftəni yarım il ərzində maksimum azalma ilə başa vurur. “Dow Jones” məlumatlarına görə, “Brent”in qiymətinin düşməsi 2022-ci ilin avqustundan, WTI-nin qiymətinin düşməsi isə 2022-ci ilin iyulundan bəri ən əhəmiyyətli olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.