Region

Gəncədə boğazından xəsarət alan gənc Bakıya göndərildi.

Gəncədə qonşusunun evində mübahisə zəmnində boğazı kəsilən 2002-ci il təvəllüdlü Nəsib Rüstəmov Bakı şəhərinə göndərilib. AZERFAX.az-ın yerli bürosunun əldə etdiyi məlumata görə, vəziyyəti ağır olan 23 yaşlı gənc ağır vəziyyətdə təcili tibbi yardım briqadası ilə Bakı Kliniki Tibbi Mərkəzə yola salınıb.

Qeyd edək ki, aprelin 6-da Gəncənin 3-cü mikrorayon adlanan ərazisində 2001-ci il təvəllüdlü Emin Aşurovin evində N.Rüstəmovun tanışı ilə mübahisə zəmnində boğazı kəsilib. Hadisəni törətməkdə şübhəli bilinən E.Aşurov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam edir.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button