Region

Gəncədə səyyar tibbi müayinələr təşkil olundu.

Gəncədə 7 Aprel – Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar səyyar tibbi aksiya keçirilib.  AZERFAX.az-ın yerli bürosunun məlumatına görə şəhərin Hacıkənd qəsəbəsində keçirilən aksiya çərçivəsində tibb müəssisəsinin müxtəlif ixtisaslı (terapevt, pediatr, kardioloq, lor) həkimləri tərəfindən sakinlər müayinə edilib, onlara tibbi xidmət göstərilib. Sakinlər göstərilən xidmət səviyyəsindən razı qaldıqlarını bildirib və təşəkkürlərini ifadə ediblər.  Aksiya Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, 1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan sonra dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub. Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığının qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button