Region

Gəncədə DƏHŞƏT: işdən çıxarılan ali məktəb əməkdaşı özünə xəsarət yetirdi.

Gəncədə işdən çıxarılan işçi qolunu kəsərək özünə xəsarət yetirib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, hadisə Gəncə Dövlət Universitetinin əsas binasında baş verib.  1988-ci il təvəllüdlü G.Məmmədova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.

İlkin versiyaya görə GDU-nun dəftərxanasının əməkdaşı olan G. Məmmədova xəbəriz işdən çıxarılması səbəbindən özünə xəsarət yetirib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button