İdman

​Yunan-Roma güləşi üzrə millimiz də Avropa çempionu oldu

Yunan-Roma güləşi üzrə millimiz də Avropa çempionu olub.
AZERFAX.AZ xəbər verir ki, Slovakiyada keçirilən qitə birinciliyində sərbəst güləş üzrə millimizin Avropa çempionluğundan bir neçə gün sonra yunan-Roma güləşi üzrə millimiz də Avropa çempionu olub.

Qitə birinciliyində 3 qızı, 1 gümüş və 2 bürüncmedal qazanan yunan-Roma güləşi üzrə millimiz 151 xalla komanda hesabında Avropanın ən güclüsü oldu.

Bununla da yunan-Roma güləşi üzrə milli komandamız 2-ci dəfə Avropa çempionu olub.

Xatırladaq ki, təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button