İdman

Messi və Ronaldo eyni komandada oynayacaq

Lionel Messi və Kriştiano Ronaldo karyerasını başa vuran Karlos Tevesin vida matçında eyni komandada çıxış edəcəklər.

AZERFAX.AZ xəbər verir ki, bu barədə argentinalı futbolçu Karlos Teves açıqlama verib. “GOAL”ın məlumatına görə, vida qarşılaşmasının bu ilin sonunda Buenos-Ayresdəki “La Bombonera” stadionunda keçirilməsi planlaşdırılır. Teves bildirib ki, uzun illərdir Messini və Ronaldonu eyni komandada görmək arzusunda olub və hər iki futbolçu ilə bu barədə danışıb. Onun sözlərinə görə, Ronaldo təklifi qəbul edib, Messinin razılığını almaq da çətin olmayıb. Bildirilir ki, Teves bu görüşün bütün dünya üçün xüsusi və emosional hadisə olacağını düşünür.

Qeyd edək ki, Teves Argentina millisində Messi ilə, “Mançester Yunayted”də isə Ronaldo ilə komanda yoldaşı olub.

Related Articles

Bir cavab yazın

Back to top button