Hadisə
Mingəçevirdə kişi yaralı halda atasının məzarı üstə tapıldı

Mingəçevirdə 31 yaşlı kişi boğazı kəsilmiş vəziyyətdə qəbiristanlıqda aşkar edilib. AZERFAX.az xəbər verir ki, evə dönmədiyi üçün doğmaları tərəfindən axtarılan 1994-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Sabir Gündüz oğlu Mirzəyev qəbiristanlıqda atasının məzarı üstündə ağır yaralı halda tapılıb. Boğazından kəsik-deşik xəsarəti alan yaralı təcili xəstəxanaya çatdırılıb. Vəziyyəti orta ağır olaraq dəyərləndirilir. Faktla bağlı araşdırma başlanıb.(teleqraf)