İdman

“Barselona” “Selta” üzərində əzmkar qələbə qazanaraq “Real”la xal fərqini 7-yə çatdırıb – video

spaniya La Liqasının XXXII turunda “Barselona” “Selta”nı qəbul edib.

AZERFAX.az xəbər verir ki, qarşılaşma ev sahiblərinin 4:3 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

62-ci dəqiqəyədək 1:3 gerida olan Kataloniya təmsilçisi dörd dəqiqə ərzində hesabı bərabərləşdirib, 90+8-ci dəqiqədə isə Rafinya penalti zərbəsi ilə qələbə qolunu vurub.

Qeyd edək ki, İspaniya çempionatının turnir cədvəlinə 73 xalla “Barselona” başçılıq edir. Onu ehtiyatında bir oyunu olan “Real”dan 7 xal ayırır.

“Selta” isə 43 xalla yeddincidir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button