Region

Gəncədə məktəblilər arasında dava zamanı xəsarət alanların vəziyyəti necədir? – Rəsmi

Gəncədə məktəblilər arasında baş verən mübahisə zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən məktəblilərin sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilib. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından AZERFAX.az-ın yerli bürosuna bildirilib ki, 22.04.2025-ci il tarixində saat 14:10 radələrində 2008-ci il şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Sol gözünün hematoması və dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib:

“Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir”, -deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Gəncədə Yeni Gəncə yaşayış massivində Ə. Cavad adına 2 nömrəli tam orta məktəbin 9-10-cu sinif şagirdləri arasında məktəb ərazisindən kənarda mübahisə zəminində dava zamanı  xəsarət alanlar olub.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button