Tramp – Dünyanı idarə edirəm

AZERFAX.AZ xəbər verir ki, Tramp “The Atlantic” jurnalına müsahibəsində daxili siyasətdən tutmuş xarici siyasətə qədər bir çox mövzudan danışıb. O, ikinci prezidentlik dövründə həm ölkəni, həm də dünyanı idarə etdiyini ifadə edib. 2016-2020-ci illər arasında daha çox daxili problemlərlə məşğul olmaq məcburiyyətində qaldığını açıqlayan Tramp, “Birinci dönəmdə iki işim var idi: ölkəni idarə etmək və həyatda qalmaq. Bu arada əyri adamlarla məşğul idim. İkinci dönəmdə həm ölkəni, həm də dünyanı idarə edirəm” – deyə bildirib.
Fəaliyyətindən zövq aldığını ifadə edən Tramp ikinci prezidentlik dövründə qərarlarına və addımlarına daha arxayın olduğunu ifadə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.