Hadisə
Gəncədə ağır qəza- 1 ölü, bir yaralı

Gəncədə baş verən ağır yol qəzası zamanı bir nəfər ölüb, bir nəfər ağır xəsarətlər alıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə Əziz Əliyev prospektində hərəkətdə olan “Xəzər Lada” markalı avtomobillə “Hundai Santafe” markalı maşın toqquşması zamanı 1997-ci il təvəllüdlü Leyla Rüstəmli və 1970-ci il təvəllüdlü Sevinc Kələntərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq 55 yaşlı S.Kələntərovanın həyatını xilas etmək mümkün olmayıb və o, vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu