Ölkə
Ballıca kəndinə növbəti köç yola salındı

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç yola salınıb.
AZERFAX.AZ xəbər verir ki, Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 15 ailə (68 nəfər) köçürülür.
Qeyd edək ki, bununla Ballıcaya köçürülən ailələrin sayı 172-yə (811 nəfər) çatacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.