Hindistanın bütün ştatlarında müdafiə təlimləri keçirilir

Hindistan Pakistanla hərbi toqquşmalardan sonra ölkədə mülki müdafiə təlimlərini genişləndirib.
AZERFAX.AZ xəbər verir ki, Hindistanın Daxili İşlər Nazirliyi ölkənin bütün ştatlarında mülki müdafiə təlimlərinin keçirilməsi barədə göstəriş verib. “The Hindu” qəzetinin məlumatına görə, təlimatlara əsasən, əvvəllər müəyyən bölgələrdə keçirilən təlimlər bütün ölkəni, xüsusilə də iri şəhərləri əhatə edəcək. Hava limanları və qatar stansiyalarını əhatə edəcək təlimlərdə sığınacaq hazırlığı və evakuasiya prosedurları da daxil olmaqla fövqəladə vəziyyətlər sınaqdan keçiriləcək. Təlimlərdə iştirak edəcək minlərlə mülki müdafiə könüllüsü mümkün düşmən müdaxilələrinə hazırlaşmaq üçün simulyasiyalarda iştirak edəcək.
Ölkənin böyük şəhərlərində, o cümlədən Maharaştra ştatı və Mumbay şəhərlərində toplaşma yerlərində ictimai təhlükəsizlik sistemləri də gücləndiriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.