AZERFAX TV

Rusiya ilə bağlı çağırışı qalmaqala səbəb olan deputat fraksiyadan xaric edildi

Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenkonun Rusiya ilə danışıqlara getmək və güzəştlər etmək barədə çağırışı siyasi qalmaqala səbəb olub.

AZERFAX.AZ xəbər verir ki, bunun ardınca Qonçarenko üzvü olduğu “Avropa Həmrəyliyi”nin parlament fraksiyasından çıxarılıb. Fraksiya onun müharibənin başa çatdırılması və Ukraynanın gələcək təhlükəsizlik arxitekturası ilə bağlı mövqeyinin siyasi qüvvənin mövqeyi ilə ziddiyyət təşkil etdiyini bildirib.

Qeyd edək ki, Qonçarenko oktyabrın 4-də yayımladığı video müraciətində Kiyevin Moskva ilə müharibənin dayandırılması barədə danışıqlara başlamalı olduğunu deyib. O, həmçinin Ukraynanın Rusiyaya beynəlxalq sanksiyalardan çıxmağa kömək təklif etməsinin mümkünlüyünü irəli sürüb.

Bu açıqlamalar “Avropa Həmrəyliyi” daxilində ciddi fikir ayrılığına səbəb olub və nəticədə fraksiya Qonçarenko ilə siyasi əməkdaşlığı dayandırmaq qərarına gəlib.

Related Articles

Bir cavab yazın

Back to top button