Ölkə
Arda Güler üçün 100 milyon avro


“Real Madrid”də çıxış edən Arda Güler yeni bazar dəyəri ilə Türkiyə futbol tarixində diqqətçəkən göstəriciyə imza atıb.
AZERFAX.AZ xəbər verir ki, “Transfermarkt”ın La Liqada çıxış edən futbolçuların bazar qiymətləri ilə bağlı son yeniləməsində türk oyunçunun dəyəri 10 milyon avro artaraq 100 milyon avroya yüksəlib. Bu göstərici ilə Arda Güler La Liqada 100 milyon avro bazar dəyərinə çatan ilk türk futbolçu olub.
Qeyd edək ki, Arda Güler bu mövsüm “Real Madrid” forması ilə 7 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.



