Bu rayona ildırım düşdü: Yaralı var

AZERFAX.AZ Baku tv-yə istinadən xəbər verir ki, kənd sakini, 44 yaşlı Ramin Bəşirov əmisi oğlu Cavid Bəşirovla birlikdə mal-qaranı evə qaytarmağa gedərkən yağışa düşüblər. Bu zaman güclü ildırım Ramin Bəşirovu vurub və onu yaxınlıqdakı su arxına atıb. İldırımın təsiri əmisi oğlu Cavid Bəşirova da dəyib.
“Oğlum mal-qaranı asfaltdan keçirəndə birdən-birə ildırım vurub. Qolunu, ayağını yandırıb, özünü də qaldırıb çırpıb yerə” , – deyə zərərçəkənin atası Habil Bəşirov bildirib.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralıya zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.
Ətraflı süjetdə:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.