Ölkə

Saat 10:00-da işıq kəsiləcək – Bu ərazilərdə


Bu gün Quba, Qusar və Xaçmazda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Azərişıq”dan AZERFAX.AZ-a verilən məlumata görə, Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən 35/10 kV-luq “Yeni Həyat” yarımstansiyasında 18 iyun tarixində profilaktik təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Qubanın Yeni Güləzi, Qusarın Atlıxan, Avaranqışlaq, Cağarpalasa, Çubuqlu, Kuzunqışlaq, Quxuroba, Ləgərqışlaq, Minaxür, Susayqışlaq, Zindanmuruqqışlaq, Xaçmaz rayonunun Həbibkənd kəndi və Yeni Həyat qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


Bildirilir ki, təmir işləri başa çatdıqdan sonra sözügedən kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button