Region
Tovuzda 16 nəfər qidadan zəhərlənləndi

Bu gün saat 16:56 radələrində 16 nəfər (7-i kişi, 9-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
AZERFAX.AZ xəbər verir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib.
Hazırda onların müalicəsi tibb müəssisəsinin TTTY şöbələrində davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.